Xəbər lenti

İsveçrə də neytrallığını ləğv etdi: Rusiyaya qarşı sanksiyalar gəlir
Siyasət16:23 28.02.2022

İsveçrə də neytrallığını ləğv etdi: Rusiyaya qarşı sanksiyalar gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 28-də İsveçrə Federal Şurası Ukraynadakı vəziyyətlə əlaqədar təcili iclas keçirib. 
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının nümayəndəsi Andre Simonaszi məlumat verib. Görüş zamanı Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi qərara alınıb.
"Rusiyanın suveren Avropa ölkəsinə hərbi hücumu beynəlxalq hüququn çox ciddi pozulmasıdır. Buna görə də Federal Şura İsveçrənin əvvəlki sanksiyalar praktikasını dəyişir. Bu qərarlar neytrallıq və sülh siyasətinin aspektlərini nəzərə alıb. İsveçrə fərdi əsasda Aİ sanksiyalarının sonrakı paketində hər bir məsələni nəzərdən keçirəcək”, - Simonazzi yazıb.
Bundan əlavə, İsveçrə Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq, həmçinin ukraynalı qaçqınlara humanitar yardım göstərəcək.
Xatırladaq ki, Aİ ölkələri Rusiyaya qarşı sərt maliyyə sanksiyaları tətbiq edir: onlar SWIFT sistemini bağlayır və Rusiya Mərkəzi Bankın aktivlərini dondururlar.