Xəbər lenti

İsveçrədə dəhşət: Elektrik mişarı ilə insanlara hücum edildi (FOTOLAR)
Dünya12:31 24.07.2017

İsveçrədə dəhşət: Elektrik mişarı ilə insanlara hücum edildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveçrənin Şafhauzen bölgəsində bir nəfər elektrik mişarı ilə insanlara hücum edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Polis hücum edən şəxsin yerinin müəyyənləşdirildiyini, lakin hələ həbs edilmədiyini deyib. Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilməyib və hadisənin səbəbi hələlik bilinmir.

Hadisədən sonra polis əraziyə giriş-çıxışı bağlayıb və çox sayda təcili tibbi yardım maşını bölgəyə gəlib. 

İsveçrə mətbuatı cinayətkarın tək olduğunu bildirir.

Gülşən

Qaynarinfo.Az