Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri Kremlin yerli hərbi müxbir Vladlen Tatarskinin (Maksim Fomin) öldürülməsindən əldə edəcəyi əsas faydanı açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, agentliyin son hesabatına görə, bunun sayəsində Rusiya prezidenti Vladimir Putin Rusiya cəmiyyətində senzuranı artıra
bilər.
"Sui-qəsd artıq Rusiyanın bloqçular məkanında çatları dərinləşdirir və bu, son nəticədə Kremlə media məkanı üzərində nəzarəti gücləndirməyə kömək edə bilər”, - analitiklər deyirlər.
Analitiklər qeyd edirlər ki, eyni məqsədlə bu ilin martında Rusiya xüsusi xidmət orqanları Moskva və Sankt-Peterburqda barlarda reydlər keçirərək parti iştirakçılarına Ukrayna adından Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri üçün maliyyə vəsaiti təqdim edib, həmçinin gəncləri Rusiyaya qarşı "antisosial aksiyalarda” iştirak etməyə çağırıblar.
Sonra Vladimir Putin şəxsən FSB-yə əks-kəşfiyyat tədbirlərini gücləndirməyi və Ukrayna ideologiyasının bütün mümkün mənbələrini bloklamağı tapşırıb.
ISW bildirir ki, Tatarskinin yeni səs-küylü qətli, Kremlin məntiqinə görə, insanları anti-Rusiya mitinqlərində və toplantılarında iştirak etməkdən çəkindirməlidir. Həmçinin, belə bir "təmizləmə" ilə Rusiya Federasiyasının hakimiyyət orqanları Wagner ilə əlaqəli rejimə qarşı çıxan digər bloggerləri qorxutmağa çalışmış ola bilər.
Qeyd edək ki, aprelin 2-də Rusiya təbliğatçısı və hərbi müxbiri Vladlen Tatarskinin ləğvi barədə məlumat yayılıb. O, Sankt-Peterburqda yerli barda keçirilən yaradıcılıq gecəsində məhv edilib. Daha sonra binada güclü partlayış olub. 32 nəfər yaralanıb.
Partlamanın mənbəyi, bir versiyaya görə, Tatarskinin pərəstişkarlarından birindən hədiyyə olaraq aldığı büst olub. Rusiya Federasiyasının təhlükəsizlik qüvvələrinin məlumatına görə, barda partlayış təşkil etmək üçün 200 qramdan çox trotil olan partlayıcıdan istifadə edilib.
Daha sonra Rusiya Federasiyasında Tatarskinin qətlində müəyyən Daria T.-nin əli olduğunu bildirdilər, onun yaşadığı yerdə axtarışlar aparılıb.
Eyni zamanda ekspertlər bildirirlər ki, hərbi müxbirin qətlində yəqin ki, peşəkar səviyyəli qatil iştirak edib.
Alpər