Xəbər lenti

İt boğuşduranlar saxlanıldı
Dünya12:26 27.08.2013

İt boğuşduranlar saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ polisi qeyri-leqal it döyüşlərinin keçirilməsində ittiham olunan 12 nəfəri həbs edib. 

Qaynar.info xəbər verir ki, döyüşdürülmək üçün gətirilmiş 360-dan çox it xilas edilib.

Saxlanılanların əksəriyyəti qanunsuz qumar oyunlarında ittiham edilirlər.

Heyvan hüquqları müdafiəçiləri bunun ABŞ tarixində aparılmış ən böyük əməliyyatlardan biri olduğunu deyiblər. 

Əməliyyat üçillik araşdırmaların nəticəsində həyata keçirilib. 

Axtarışlar zamanı evlərdən birində zəncirlənmiş 114 yaralı it aşkar edilib. 

Polis həmçinin, saxlanılanlardan 500 min dollar nağd pul, narkotiklər və odlu silah götürüb.

Qaynar.info