"Alibaba Group"un həmtəsisçisi, 58 yaşlı çinli milyarder Cek Ma yeni kənd təsərrüfatı texnologiyası şirkətinə sərmayə qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat
yayıb.
"1.8 Meters Marine Technology" adlı balıqçılıq və kənd təsərrüfatı startapı iyulun 20-də Cek Manın doğulduğu Xançjou şəhərində qeydiyyata alınıb. "Alibaba"nın qərargahı da bu şəhərdə yerləşir.
Cek Manın investisiya holdinqlərindən biri olan "Hangzhou Dajingtou No. 22 Arts and Culture Co." startapda 10% paya sahibdir. Nəşrin jurnalistləri hesab ediblər ki, milyarderin belə bir addımı onun Çində texnologiya sektorundan tədricən uzaqlaşmasının daha bir sübutudur.
2021-ci ilin oktyabr ayında Cek Ma İspaniyada olub, burada kənd təsərrüfatı və ətraf mühit texnologiyaları üzrə təhsil alıb. O, kənd təsərrüfatı texnologiyalarını öyrənmək üçün Niderland, Yaponiya və Taylanda da səfər edib.
Bu ilin may ayından Cek Ma Tokio Universitetində dayanıqlı kənd təsərrüfatı və qida istehsalı üzrə qonaq professor kimi fəaliyyətə başlayıb.
Cek Ma 2019-cu ildə "Alibaba"dan ayrılıb və o vaxtdan bəri layihələrini elan etmirdi. Ayrılıq qərarı iş adamının Çin hakimiyyətini tənqid etməsindən az sonra verilib.
Aydın