
Hər səhər it “budilniki” söndürür, sahibi də işə geçikir.
Yatmağı sevən ev heyvanı səhərlər onu oyadan saatı pəncəsi ilə vuraraq söndürür. Nəticədə Kermit ləqəbi ilə tanınan boksçunun tez-tez işə gecikmə səbəbləri məlum olub.
Sosial şəbəkədə səhərə yaxın işə düşən saatı deaktiv edən heyvanın görüntüləri yayılıb. Əlbətdə ki, səhər tezdən oyanmağı xoşlayan insan azdır. Sən demə bu narazıçılıq tək insanlarda deyil, eləcə də ev heyvanmlarında reaksiya yaradır. Boksçunun itinin də səhər saatlarfında oyanmağı sevməyənlərdən olması dəqiqdi.
Sosial şəbəkəyə yükləndiyi andan minlərlə izlənilən videodan da göründüyü kimi, sahibinin işə gecikməsinə səbəb məhs bu itdir. Ev heyvanı “budilniki” söndürdükdən sonra sahibinin otağından çıxıb, sakitcə gedib öz rahat yerində yatır.(anspress)