Xəbər lenti

İt saxlayana 74 şallaq
Dünya04:40 08.11.2014

İt saxlayana 74 şallaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranda evdə it saxlamaq qadağan ediləcək. Qaynar.info xəbər verir ki, bununla bağlı qanun layihəsi hazırlanır.

İranın "Şərq" qəzetinin məlumatına görə, qanun yasasında evdə it saxlamaq və onları ictimai yerlərdə gəzdirmək qadağan ediləcək. Qadağaları pozanlara isə 74 şallaq cəza veriləcək. Bununla yanaşı, onlar təxminən 42 manatdan 420 manata qədər cərimə olunacaq.

Qeyd edək ki, İranda bəzi evlərdə gizli şəkildə it saxlayanlar var. Əxlaq polisi indiyədək ictimai yerlərdə it gəzdirənlərə ya xəbərdarlıq edir, ya da itləri müsadirə edirdi. 

Qaynar.info