
İtaliyalı prokuror Nikola Qrateri şok açıqlamaları ilə gündəmə gəlib.
Qaynar.info-nun məlumatına görə, Qrateri bildirib ki, korrupsiya və ifrat xərclərə qarşı mübarizə aparan Vatikanın mafiyanın hədəfində olduğunu bildirib.
Prokuror bildirib ki, mafiya klanları ilə kilsə arasında qanundankənar münasibətlər mövcuddur: "Papa mafiyanın pul yumaqda istifadə etdiyi Vatikan Bankında islahatlar aparmaq istəyir. Bəzi mafiya liderləri bundan çox narahatdırlar və başda Ndrangeta olmaqla bir çox mafiya təşkilatından təhdidlər gəlir. Ancaq Papaya qarşı ediləcək hər hansı bir sui-qəsd ehtimalı ilə əlimizdə məlumat yoxdur".
Prokurorun bəhs etdiyi Ndrangeta 100 klandan ibarət mafiya qrupudur. Narkotik və silah qaçaqmalçılığından ildə 50 milyard avro gəlir əldə edən təşkilatın lideri Domeniko Oppedisano və onun 300 yaxın adamı 3 il əvvəl həbs olunmuşdu.
Qaynar.info