Xəbər lenti

İtaliya mafiyasının bosu 63 yaşında vəfat etdi
Dünya 09:16 25.09.2023

İtaliya mafiyasının bosu 63 yaşında vəfat etdi

"Koza nostra” cinayətkar qruplaşmanın liderlərindən biri Matteo Messina Denaro uzun sürən xəstəlikdən sonra İtaliyanın Lakuila şəhərindəki həbsxanada 63 yaşında vəfat edib.

"Report” xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, italiyalı Denaro 2020-ci ilin sonunda ona diaqnoz qoyulan yoğun bağırsaq xərçənginin ağır formasından əziyyət çəkib. Bu ilin yanvarında tutularaq cəzaçəkmə müəssisəsinə salındıqdan sonra o, həbsxana xəstəxanasında müalicə alıb və iki dəfə əməliyyat olunub. Ölümdən öncə üç gün komada qalıb. Ömrünün son günlərində onun yanında kiçik qızı Lorentsa Alanya və bacısı Covanna olub.

Cümə günü mafioz sonrakı müalicə və qidalanmadan imtina edib və sağalmaz elan edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->