Xəbər lenti

İtaliya millisinin üzvü koronavirusa yoluxub
İdman13:05 22.12.2021

İtaliya millisinin üzvü koronavirusa yoluxub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
A Seriyası təmsilçilərindən "Latsio”da çıxış edən Çiro İmmobile koronavirusa yoluxub.
Qaynarinfo xəbər verir ki, bu haqda Roma klubunun mətbuat xidməti məlumat yayıb. Klubdan verilən açıqlamada test nəticəsi müsbət çıxan italiyalı futbolçunun karantin prosesini davam etdirəcəyi və "Venesiya" ilə keçiriləcək liqa matçında meydana çıxa bilməyəcəyi ictimaiyyətin diqqətinə çatdırılıb.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, keçən həftə qatıldığı Milad bayramı yeməyindən sonra həyat yoldaşında koronavirus aşkarlanan italyan hücumçu təmasda olduğu və son liqa matçında oynaya bilmədiyi səbəbiylə karantinə alınıb. 
İmmobile bu mövsüm "Latsio"nun heyətində bütün turnirlərdə 21 oyunda 16 qol vurub.
Səbuhi Həsənov