İtaliya ruz qazını Əlcəzair qazı ilə əvəz etməyə başlayır.
Qaynarinfo bu barədə Politico saytına istinadən
xəbər verir.
İtaliya Baş naziri Mario Draginin imzaladığı razılaşmaya əsasən, Əlcəzair İtaliyanın əsas qaz təchizatçısı olacaq.
Rusiya qazı İtaliyanın qaz idxalının 40%-ni təşkil edir. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra ölkənin rus qazından asılılığı daha ciddi təhlükə kimi görülməyə başlayıb.
Belə ki, bu asılılıq İtaliyanın Qərblə birgə Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq üçün əl-qolunu bağlayır.
"İşğaldan dərhal sonra mən İtaliyanın sürətlə rus qazından asılılığını azaltmaq üçün hərəkət edəcəyini elan etmişdim. Bu razılaşma həmin strateji hədəfə əhəmiyyətli cavabdır”,- deyə Baş nazir Əlcəzair prezidenti ilə görüşdə deyib.
İtaliyanın ENİ və Əlcəzairin "Sonatrach” şirkətləri arasında imzalanan yeni razılaşmaya əsasən, Əlcəzair növbəti 2 ildə İtaliyaya əlavə 9 milyard kub metr qaz ixrac edəcək. Bununla da gələn ildən Əlcəzair İtaliyanın əsas qaz ixracatçısı kimi Rusiyanı əvəz edəcək.
2021-ci ildə İtaliya Rusiyadan 29, Əlcəzairdən isə 22.5 milyard kub metr qaz ixrac edib.
Nurlan Hüseynov