Ukraynadakı İtaliya vətəndaşlarına dərhal ölkəni tərk etmələri tövsiyə olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın Kiyevdəki səfirliyi bəyanat
yayıb.
Səfirliyin saytında yerləşdirilən bəyanatda deyilir: "Hər hansı səbəbdən Ukraynaya səyahət tövsiyə edilmir. Hazırda ölkədə olan soydaşlarımız ölkəni tərk etmək üçün mövcud vasitələrdən istifadə etməyə çağırılır”.
Rusiyanın Ukraynada "xüsusi əməliyyatı” başlayandan bəri İtaliya səfirliyi dəfələrlə oxşar tövsiyələr verib. Fevralın ortalarında, müharibə başlamazdan bir neçə gün əvvəl İtaliyanın xarici işlər naziri Luici Di Maio da vətəndaşlara vətənlərinə qayıtmağı tövsiyə edib. Digər ölkələr, o cümlədən Çin, İran və ABŞ vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb.
Son bir həftə ərzində Ukrayna hakimiyyəti dəfələrlə partlayışlar barədə məlumat verib. Mayın əvvəlindən ölkənin əksər bölgələrində, mayın 1-də isə Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edilib. Partlayışlar Odessa, Sumı və Nikolayev vilayətlərində, həmçinin Dnepr, Kiyev və Kiyev vilayətində də səslənib.
Alpər