Xəbər lenti

İtaliya Ukraynaya ağır silahlar göndərmək üçün qanun qəbul edəcək
Dünya13:09 25.04.2022

İtaliya Ukraynaya ağır silahlar göndərmək üçün qanun qəbul edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliya hökuməti Ukraynaya ağır silahlar göndərməyə icazə verən qanun qəbul etməyə hazırlaşır.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera” qəzeti məlumat verib.
Danimarka və İspaniyanın ardınca İtaliya da Ukraynaya ağır silahlar göndərməyi qərarlaşdırıb.
Məlumata görə hərbi yardım paketinə M113 kimi qoşun daşıyan hərbi maşınlar, aviasiya əleyhinə raketlər - Sidam 25 və PzHz2000 daxildir.
Əgər qanun qəbul olunsa, bu, İtaliya hökumətinin Ukraynaya silah göndərməyə icazə verən 3-cü sənədi olacaq.
Bundan əvvəl İtaliya Ukraynaya "Stringer” raketləri göndərib. 
"Rusiya ilə müharibədə İtaliya açıq şəkildə bizim yanımızda oldu və mən buna görə İtaliya hökumətinə, İtaliya xalqına və nazir Mario Draqiyə minnətdaram. Biz onu burada gözləyirik”,- Ukrayna prezidenti Zelenski deyib.
Bu yaxınlarda Mario Draqinin Kiyevə gələcəyi gözlənilir.
Qeyd edək ki, aparılan son sorğulara görə, İtaliya əhalisinin 48%-i Ukraynaya silah göndərilməsinin əleyhinədir. 
Nurlan Hüseynov