İtaliyanın baş naziri Corc Meloni Ukrayna prezidenti Vladimir Zelenskiyə İtaliya hakimiyyətinin Kiyevə hava hücumundan müdafiə sistemlərinin verilməsi ilə bağlı müzakirələri barədə danışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat
yayıb.
"Mən İtaliya hökumətinin əlavə 10 milyon avro yardım ayırmasını alqışladım. Corc Meloni Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi məsələsinə baxılacağını açıqlayıb. Biz sülh formulunu müzakirə etdik”, - deyə o yazıb.
Noyabrın əvvəlində İtaliya Ukraynaya silah tədarükünü dayandırıb, lakin dekabrın 1-də "Corriere della Sera” yazıb ki, İtaliya Nazirlər Şurası Kiyevə silah tədarükünün gələn ilin sonuna qədər uzadılması haqqında fərmanın qəbulunu təsdiqləyib. Beş gün sonra İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib ki, bu ilin sonuna qədər Roma Ukraynaya yeni hərbi yardım paketi formalaşdırmağı planlaşdırmır.
Alpər