Bu gün İtaliyada "möhtəşəm yenidən başlama günü"dür. Bu gündən karantinin sonuncu yumşalması başlayıb.
Qaynarinfo "La Stamp”a istinadla xəbər verir ki, bu gündən İtaliyada restoran, bar, bərbərxana, mağaza, otel, muzey və çimərliklər açılıb.
Vatikandakı Müqəddəs Pyotrun kafedralında - Roma ərazisində yerləşən müstəqil dövlətdə son 69 gündə ilk dəfə Katolik messa ayini keçirilib. Messaya Papa Fransisk rəhbərlik edib. "La Repubblica” xəbər verir ki, xidmətə qatılan 30-a yaxın mömin sosial məsafəyə riayət olunmasını izləyib, lakin hamısı maska taxmayıb.
İspaniya da bu gün karantindən çıxır. Məbədlər, kafelər, ticarət mərtəbələri və s. obyektlər öz fəaliyyətini bərpa edib. Lakin Madrid və Barselona kimi ən böyük şəhərlərdə bu müəssisələrin işində məhdudiyyətlər qalmaqdadır.
Yunanıstanda da digər Avropa ölkələrində olduğu kimi, karantin iki ay davam edib. Bu gün Afina Akropolu açılıb. Memarlıq abidəsini ilk ziyarət edənlər arasında Respublika Prezidenti Katerina Sakellaropoulou da olub.
Bazar ertəsi günündən etibarən Portuqaliya, Polşa, Estoniya və İrlandiya da karantin rejimini başa çatdırıb.
Alpər