Xəbər lenti

İtaliya vətəndaşlarına "Tiangong-1" xəbərdarlığı
Dünya14:25 29.03.2018

İtaliya vətəndaşlarına "Tiangong-1" xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn həftə dünyaya çırpılacaq "Tiangong-1" kosmik stansiyası barədə İtaliyada xalqa xəbərdarlıq edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Milli Müdafiə İdarəsi xalqa müraciət edərək quru səthə eniş ehtimalının az olduğunu deyib, lakin toqquşma ehtimal edilən ərazilərdə bəzi təlimatlara əməl edilməsinin vacibliyini vurğulayıb.
Təlimatlar bunlardır:
Kosmik stansiya hissələri binaların çökməsinə səbəb ola bilməz, ona görə də daha təhlükəsiz hesab edilir. Pəncərə və şüşə qapılardan uzaq durmaq lazımdır.
Hissələr binaların damına və yuxarı mərtəbələrə zərər verə bilər, buna görə də aşağı mərtəbələr daha təhlükəsiz hesab edilir.
Ehtimal edilən toqquşma halında binaların içindəki təhlükəsiz hissələrində (ambar, daşıyıcı divarların qapı boşluqları, sütunların yanı) yerləşmək lazımdır.
Stansiya hissələrinin dünya ilə toqquşmamışdan əvvəl görülmə ehtimalı aşağıdır.
Yerə düşən hissələrdə hidrazin maddəsinin olması mümkündür. Bu hissələrə toxunmamaq və azı 20 metr kənarda durmaq məsləhət görülür.
Qeyd edək ki, Çinin 2011-ci ildə göndərdiyi 8,5 ton ağırlığındakı stansiya "Tiangong-1" 2013-cü ildə istifadə müddətini bitirib, 2016-cı ildə isə nəzarətdən çıxıb. Kosmosda bir hissəsi yansa da, stansiyanın bəzi hissələri yerə düşəcək.
"Tiangong-1"in Azərbaycan ərazisinə düşmə ehtimalı da mövcuddur.
Gülşən