Xəbər lenti

İtaliya yığması Bakıya gəlir
İdman07:00 21.03.2016

İtaliya yığması Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda daha bir qrupun oyunları yekunlaşıb.

Qaynar.info xəbər verir ki, 3-cü qrupda Bosniya və Herseqovina, Rusiya və Gürcüstan yığmalarını geridə qoyan İtaliya komandası bu mərhələni I pillədə başa vuraraq mayın 5-dən 21-dək Bakıda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl elit-raundun 8-ci qrupunda I yeri tutan Belçika yığması final mərhələsinə vəsiqəni təmin etmişdi.

Qaynar.info