İtaliyada sərxoş sürücü avtomobili turistlərin üstünə sürüb.
Qaynarinfo xəbər verir ki, hadisə ölkənin şimalındakı Tirol vilayətinin qış-xizək turizmi bölgəsi sayılan Lutaqoda - Avstriya ilə sərhədə yaxın yerləşən klublardan birinin qarşısında baş verib. Nəticədə Almaniyadan gəlmiş 6 turist ölüb, 11-i yaralanıb.
Yaralılardan bəzilərinə İtaliyada, bəzilərinə isə Avstriyada yardım göstərilib. Polis sürücünü saxlayıb. Onun 28 yaşlı olduğu və həddindən çox spirtli içki qəbul etdiyi bildirilir.