İtaliyada sentyabrın 7-də səhər saatlarından mafiyaya qarşı böyük əməliyyat davam edir.
Qaynarinfo bu barədə ANSA agentliyinə istinadən xəbər
verir.
Maestrale-Carthago adlanan əməliyyatda 84 nəfərlə bağlı bütün ölkə üzrə "ehtiyat tədbirləri” həyata keçirən 600-dən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edir.
Onlardan 29-u artıq dəmir barmaqlıqlar arxasında, 52-si ev dustaqlığında, üçü isə polisə məlumat vermək öhdəliyi altındadır.
Əməliyyatı ölkənin cənubundakı Katanzaro rayonunda mafiyaya qarşı mübarizə idarəsi əlaqələndirir.
Qeyd edək ki, iyulda keçirilən əməliyyat zamanı ölkədə mafiya ilə əlaqədə olmaqda şübhəli bilinən 82 nəfər həbs edilib.
Nizami Bağırov