Xəbər lenti

İtaliyada rus oliqarxlarının nə qədər aktivi dondurulub? - MƏBLƏĞ
Dünya13:16 04.07.2023

İtaliyada rus oliqarxlarının nə qədər aktivi dondurulub? - MƏBLƏĞ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliya xüsusi müharibə başlayandan bəri rus oliqarxlarının təxminən 2 milyard avro və ya 2,5 milyard dollar məbləğində aktivlərini dondurub. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” İtaliya Mərkəzi Bankına istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, İtaliya Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində rus iş adamlarının aktivlərinə, o cümlədən bank hesablarına, villalarına, yaxtalarına və avtomobillərinə həbs qoyub. İtaliya Mərəzi Bankının (UIF) çirkli pulların yuyulması ilə mübarizə bölməsi illik hesabatında 2 milyard avroluq rəqəmin iyun ayının sonuna qədər yeniləndiyini bildirib. Rusiyadan olan 80 fiziki şəxsin hesablarında 330 milyon avroya yaxın vəsait də dondurulub.
Müharibə başlamazdan əvvəl İtaliyanın çimərlikləri və limanları rus iş adamları tərəfi arasında məşhur idi. Onlar prestijli ərazilərdə - məsələn, Komo gölündə, Sardiniyada, Toskanada və Liquriya sahillərində daşınmaz əmlak alıblar.
Aktivləri dondurulan bəzi oliqarxlar məhkəməyə müraciət ediblər. Bunu milyarder Əlişir Usmanov da edib.
İyun ayında Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin dəqiq məbləğini açıqlayıb - 207 milyard dollar. Bu məbləğə Rusiya Mərkəzi Bankının qiymətli kağızları daxildir. AK rəhbəri Ursula fon der Leyen onları müsadirə etməyə çağırıb.
Aydın