İtaliyada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 630 nəfərlik Təmsilçilər Məclisi və 315 yerlik Senat üzvlərini müəyyənləşdirmək üçün keçirilən seçkilərdə 50 milyon seçicinin 73%-i iştirak edib. Qeyri-rəsmi məlumatlara görə, populist "Beş Ulduz" partiyası 29,5-32,5% səs toplayıb. Seçkilərdə koalisiya yaradaraq iştirak edən sağ koalisiya 33-36%, sol koalisiya isə 24,5-27,5% səs əldə edib. Sağ cinaha sabiq baş nazir Silvio Berluskoni rəhbərlik edir.
İtaliya qanunlarına görə, höküməti qurmaq üçün minimum 40% səs əldə etmək lazımdır. Mövcud vəziyyətdə koalisiya hökümətinin qurulması variantlar arasındadır.
Partiyaların gələcəyi qərar seçkilərin rəsmi nəticələrindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, 1946-cı ildə respublika elan edilən İtaliyada 65-ci hökümət qurulacaq.
Gülşən