Xəbər lenti

İtaliyada yoldan keçənlərin hərarətini ölçmək üçün dronlardan istifadəyə başladı
Dünya07:52 11.04.2020

İtaliyada yoldan keçənlərin hərarətini ölçmək üçün dronlardan istifadəyə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyada polis küçədən keçənlərin hərarətini ölçmək üçün istilik sensorlarının quraşdırıldığı dronlardan istifadə etməyə başlayıb.
Qaynarinfo xairic mətbuata istinadən xəbər verir ki, dronlar çölə çıxma qadağasına riayət etməyənlərə qaydaları xatırladacaq və onların hərarətini ölçərək dron operatorlarına göndərəcək. Daha sonra məlumatların operatorlardakı termal xəritə ilə tutuşdurulacaq. Əgər hərarət yüksəkdirsə, həmin şəxs saxlanılaraq yenidən müayinədən keçiriləcək.
Qeyd edək ki, İtaliyada bir çox yerli administrasiyalar əhalini dronlar vasitəsilə evdə saxlamağa çalışır.
Camal