İtaliyanın Maçerata əyalətinin Kamerino ərazisində 4,7 bal gücündə zəlzələ meydana gəlib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yerin 5 km dərinliyində qeydə alınan təkan nəticəsində kiçik dağıntılar və yaralananlar olub. Ərazidə məktəblərdə tətil elan edilib.
Qeyd edək ki, 2016-cı ildə Kamerinoda baş verən 6,2 bal gücündə zəlzələdə 300-dən çox insan ölmüşdü.
Gülşən