
Turizm şəhərlərini gəzmək, hər kəsin gördüyü yerləri görmək sizə görə deyilsə, onda yeni yerlər kəşf etmək üçün bu yazımızı mütləq oxuyun!
Bu dəfə sizi İtaliyanın az tanınan, lakin ən gözəl 3 bölgəsi ilə tanış edəcəyik.
1. Civita di Bagnoregio

Qərbi İtaliyada yerləşən Civita di Bagnoregio iki qəsəbədən ibarətdir. 6 il əvvəl ölü şəhər kimi qəbul edilirdi. Lakin bu gün İtaliyanın varlı ailələri şəhərə tez-tez baş çəkir. Təpənin üzərində salınmış şəhərdə yalnız intibah dövründən qalmış kilsə yenilənib. Şəhər Romaya iki saat məsafədə yerləşir.
2. Alberobello

Alberobello UNESCO-nun Dünya Mirası siyahısındadır. Konus üslublu dam örtükləri ilə daş evlər şəhərə gələn turistləri özünə cəlb edir. Ayrıca burada dünyanın ən yaxşı likör və şərablarını tapa bilərsiniz.
3. Positano

Amalfi sahillərində yerləşən şəhər 500 il öncə Avropanın ticarət mərkəzlərindən biri idi. 1950-ci illərə qədər kiçik balıqçı kəndi olaraq tanınırdı. Lakin amerikalı yazıçı Con Steynbekin əsərində yer aldıqdan sonra məşhurlaşdı. Ağ evləri, dar küçələri, yamyaşıl təbiətiylə ölkənin ən sakit guşələrindən biridir.
Qaynarinfo.az