Xəbər lenti

İtlər 14 yaşlı qızı parçaladılar - FOTO
Dünya11:55 27.03.2013

İtlər 14 yaşlı qızı parçaladılar - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərədə 14 yaşlı gənc qızı dostunun evində 5 it tərəfindən parçalanıb. 

Qaynar.info-nun məlumatına görə, 14 yaşlı Jade Lomas-Anderson adlı qız rəfiqəsinin evinə gedib. Qız evdə tək olduğu vaxt itlərin hücumuna məruz qalıb. İtlərin qıza yemək yediyi anda hücum etdiyi bildirilir. 

Polis evin yaxınlığından keçən bir nəfərin qızın yerdə uzandığını görərək xəbər verməsindən sonra evə girib. 5 iti nəzarət altına ala bilməyən polis onlardan 4-nü güllələyib. 

Qeyd edək ki, hər il 210 min insan İngiltərədə itlərin hücumuna məruz qalır. 

Qaynar.info