İngiltərədə itlər üçün də nəzərdə tutulan kinoteatr marağa səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Picturehouse” kinoteatrı 6 həftədən bir itlərə sahibləri ilə birlikdə film izləməyə icazə verir. Bu canlıların macəralarından bəhs edən "Lassie”, "Rin Tin Tin”, "Beethoven” kimi filmlər bu zaman kinoteatrda təqdim edilir.
"Picturehouse” sahibləri ilə film izləməyə gələn itlər üçün su qabları və kreslo örtüyünü də bilet puluna daxil edib.
"Yorkshire" ərazisində yerləşən kinoteatr sahiblərindən biri qeyd edib ki, itlər əslində insanlardan daha mədəni davranır, səs-küy salmır, hürümür, yerlərində tez-tez tərpənmir, mobil telefon istifadə etmir, yanlarında oturanları narahat etmir, popkorn yeyərək ətrafı zibilləmirlər.
Gülşən