Uşaqlıqda itlərlə ünsiyyət yetkin yaşda "şizofreniya”ya yaxalanmağın qarşısını almağa kömək edir.
Qaynarinfo xəbər verir ki, bu nəticəni Con Hopkins Universitetinin alimləri bəyan edib. Bu haqda məqalə "PLoS ONE” jurnalında dərc edilib.
Mütəxəssislərin apardığı bu araşdırmada 1371 nəfər iştirak edib. Onlardan 396 nəfərində şizofreniya, 381 nəfərində bipolyar xəstəlik üzə çıxıb, qalanları isə əqli cəhətdən sağlam olub.
Tədqiqatın nəticələri göstərib ki, uşaqlıqda evdə iti olanların gələcəkdə şizofreniya diaqnozu alma ehtimalı azdır. Və ümumiyyətlə, uşaqlar və itlər arasında ünsiyyət yetkinlik yaşında insan psixikasına müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, bu, immunitet sisteminin yaxşılaşmasıyla əlaqədardır. Şizofreniya və psixoz tez-tez orqanizmdə iltihaba səbəb olur, ev heyvanları isə uşaqlarda allergiya riskini azaldır.
Alimlər onu da qeyd edib ki, pişiklərin belə müsbət təsiri yoxdur və əksinə sahiblərini xeyli hallarda şizofreniya riski ilə üz-üzə qoyurlar.
Alpər