Xəbər lenti

İTV-nin rəhbərliyində daha bir dəyişiklik
Ölkə09:29 16.09.2018

İTV-nin rəhbərliyində daha bir dəyişiklik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İctimai Televiziyada kadr dəyişiklikləri davam edir.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, İTV-nin İnformasiya Departamentinin direktoru Ələsgər Vəliyev öz ərizəsi ilə işdən çıxması ilə bağlı rəhbərliyə müraciət edib.
Telekanal rəhbərliyi Ə.Vəliyevin ərizəsini qəbul edib.
Qeyd edək ki, Ələsgər Vəliyev 2000-2001-ci illərdə "7 gün", 2002-2005-cü illərdə "Həftə içi" qəzetlərində, 2005-2006-cı illərdə İctimai radionun İnformasiya Departamentində redaktor, 2006-2011-cı illərdə İctimai Televiziyanın İnformasiya Departamentində böyük redaktor vəzifələrində çalışıb.
2012-2016-cı illərdə həmin departamentdə şərhçi vəzifəsində işləyib. 2016-2017-ci illərdə İTV İnformasiya departamentinin direktor müavini olub. 2017-ci ildən isə o, İTV-də departament rəhbəri idi.