
Gürcüstanın bir nömrəli terrorçusu hesab olunan Şota Çiçilaşvili həbsdən azad edilib.
Qaynar.info-nun məlumatına görə, Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili bildirib ki, Çiçilaşvili yeni hökumətin imzaladığı amnistiya fərmanı nəticəsində azadlığa buraxılıb.
Qeyd edək ki, bir vaxtlar Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrində qulluq etmiş Çililaşvili oradan qovulandan sonra pankisi dərəsindəki terrorçulara qoşulur və adam oğurluğuna rəhbərlik edir. Onun hesabında Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, britaniyalı biznesmen və bir sıra nüfuzlu adlar var.
2001-ci ildə Gürcüstandan Rusiyaya qaçan Çiçilaşvili iki sonra Moskvada həbs olunur və gürcü hökumətinə təhvil verilir.
Qaynar.info