Xəbər lenti

İvanişvili gələcək prezidentdən danışdı
Dünya19:32 26.04.2013

İvanişvili gələcək prezidentdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Gürcü arzusu" hakim koalisiyasından olan Gürcüstan prezidentliyinə namizəd 2 həftədən sonra məlum olacaq. Bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili "Rustavi-2" televiziya şirkətinə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, o, artıq öz seçimini 2-3 namizəddə dayandırıb, lakin onları öz komandasında müzakirə etmək niyyətindədir.

Mən onlarında təkliflərini dinləməyə hazıram, çünki biz birlikdə qərar qəbul edirik", İvanişvili bildirib.

İvanişvilinin fikrincə, Gürcüstan prezidenti hakimiyyətə can atmamalıdır.

"Bu ən əhəmiyyətli və düşünürəm ki, biz ləyaqətli namizədi seçəcik, çünki bizdə ləyaqətli insanlar var ", baş nazir qeyd edib.

Gürcüstanda prezident seçkiləri oktyabrın 1-də keçiriləcək.

Qaynar.info