Xəbər lenti

"Çıxıb boşboğazlıq etmək istəmirəm"
Sənət18:09 13.09.2020

"Çıxıb boşboğazlıq etmək istəmirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Emma Ələkbərzadə oğlu Davidlə keçirdiyi karantin günlərindən söz açıb.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, sənətçi "MTV Azərbaycan"a açıqlamasında bütün günü evdə keçirdiklərini söyləyib:
"Əli uşaqlı biriyəm. Əksər vaxt evdə oluram, iş görürəm. Karantin günlərində də küçəyə çıxmadıq. Mən, Sevda (bacısı, Əməkdar artist Sevda Ələkbərzadə - red.) və Davit evdə oturduq. Çox gözəl vaxt keçirdik.
Passiv olsam, heç yerə getməzdim. Əsas odur özümü yaxşı hiss edim. Hər evdə övlad olanda yorulursan. Xoş yorğunluqdur".
Efirlərə gec-gec çıxması haqda suala isə Ələkbərzadə "Kliplərim az deyil. Bu gün tez-tez klip çəkdirmək mənazıdır. Səhnəyə gələn gündən efirə az görsənmişəm. Ayda iki dəfə görsənmək bəsdir. Çıxıb boşboğazlıq etmək mənlik deyil" cavabını verib.