Misir hakimiyyəti turizm mövsümünün iyulun 1-dən etibarən açmaq və xaricdən qonaqlar cəlb etmək üçün bütün tədbirləri görmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu haqda Britaniyanın "The Sun" nəşri yazıb. Xəbərə görə, iyuldan oktyabrın sonuna qədər bütün ölkələrin vətəndaşları üçün Misirə vizalar pulsuz olacaq. Bundan əvvəl vizanın dəyəri 25 dollar olub.
Eyni zamanda, ölkədə koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətlər qüvvədə olacaq. Otellər yalnız yarı dolu ola bilər və antiviral tədbirlərə uyğunluq sertifikatı olmalıdır.
Otellərdə və çimərliklərdə "isveç masası” tipli yemək məclisləri kimi səs-küylü partiyalar hələlik qadağan ediləcək.
Qeyd edək ki, bundan əvvəl, iyulun 1-dən etibarən Hurqada və Şarm əl-Şeyx də daxil olmaqla məşhur istirahət mərkəzlərinin açılacağı bildirilmişdi.
Alpər