Xəbər lenti

İzmit bələdiyyəsinin nümayəndə heyəti Bakıya gəlib (FOTOLAR)
Ölkə05:00 11.05.2018

İzmit bələdiyyəsinin nümayəndə heyəti Bakıya gəlib (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda çoxsaylı silsilə tədbirlər davam edir.
Qaynarinfo xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri  Nəsimi rayonuna səfər edib.
Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında 2015-ci ilin sentyabr ayında "Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanıb. Niyyət protokolu imzalandıqdan sonra dəfələrlə İzmit bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayonunda, Nəsimi rayonunun nüamyəndə heyəti isə İzmit şəhərində səfərdə olublar.
İzmit bələdiyyəsinin nümayəndə heyəti 2017-ci ilin dekabr ayında  Heydər Əliyevin Anım Günü ərəfəsində Nəsimi rayonunda keçirilən silsilə  tədbirlər çərçivəsində Akademik Milli Dram Teatrında Nəsimi rayon ictimaiyyəti nümayəndələrinin, Millət vəkillərinin, digər qonaqların iştirakı ilə ümumrayon tədbirinə qatılmış, həmçinin Ulu öndərə həsr olunan rəsm sərgisində iştirak ediblər.
2018-ci ilin fevral ayında Nəsimi rayonunun nümayəndə heyəti İzmit şəhərində səfərdə olmuş, bir sıra tədbirlərdə və açılış mərasimlərində iştirak ediblər.
Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin  Körfez bələdiyyəsi ərazisində  Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir. Nümayəndə  heyətinin üzvləri  tədbirlər çərçivəsində Sakarya  Karasu   bölgəsində "Qarabağ”  küçəsinin,  Xocalı parkı  və  abidəsinin  açılış  mərasimində  iştirak etmiş, Kartəpə və Dərincədə Heydər Əliyevin adını daşıyan parklarda və İzmit şəhərində Azərbaycan Respublikası Prezidenti  İlham Əliyev adına  Parkda  olaraq yaradılmış şəraitlə tanış olublar.
May ayının  9-dan Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzində olaraq Ümummilli Lider Heydər Əliyevlə bağlı eksponatlarla tanış olublar.
Ölkəmizə səfərdən məmnunluq hissi keçirdiklərini deyən nümayəndə heyətinin üzvləri Azərbaycanın inkişafından qürur duyduqlarını bildiriblər.