Xəbər lenti

"İzvestiya": "Toyota Rusiyaya ehtiyat hissələrinin tədarükünü bərpa etdi"
Dünya06:52 20.01.2023

"İzvestiya": "Toyota Rusiyaya ehtiyat hissələrinin tədarükünü bərpa etdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın "Toyota” avtokonserni Rusiya Federasiyası ərazisinə zəmanətli təmir və texniki xidmət üçün ehtiyat hissələrinin birbaşa çatdırılmasını bərpa edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya” bildirib.
Sanksiya siyahısına düşməyən hissələrin Rusiyaya tədarük edildiyi vurğulanır. Bundan başqa, Toyota Motor-un Rusiyadakı törəməsi öz dilerlərinə tədarükü qadağan edilmiş avtomobil hissələrinin paralel idxalını həyata keçirməyə icazə verib.
Şirkət nümayəndələri qeyd ediblər ki, vəziyyətdən asılı olaraq hissələrin sayı və adı dəyişir. Digər şeylərlə yanaşı, onlar ehtiyat hissələrinin müstəqil idxalını təsdiq edən gömrük bəyannamələrini göstəriblər.
Alpər