Xarkov vilayətinin Rusiya tərəfindən ələ keçirilən İzyum şəhərində deputatlar, keçmiş mer və keçmiş polis rus işğalçıları ilə əməkdaşlığa başlayıb.
Qaynarinfo UNİAN-a
istinadla xəbər verir ki, bu barədə Şəhər Şurasının departament rəhbəri Maksim Strelnik Facebook-da məlumat verib.
O qeyd edib ki, hazırda Ukrayna ordusu rus qoşunlarının Doneskə keçidinin qarşısını almaq üçün qəhrəmancasına müdafiət etməyə çalışır, amma İzyumun özündə ən ağır cinayət- dövlətə xəyanət baş verir.
"Deputatlar Anatoli Fomiçevski və Yuri Kozlov, keçmiş polis zabiti Vladislav Sokolov və keçmiş mer Aleksandr Bojkov rus işğalçıları ilə əməkdaşlığa başlayıblar”, - deyə rəsmi bildirib.
Strelnik aydınlaşdırıb ki, onlar Rusiya tərəfinə Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yer barədə məlumat verir, yerli fəallar, sahibkarlar, şəhərin müdafiəsində içtirak edənlər və onların ailə üzvləri haqqında məlumatlar çatdırırlar. Bundan əlavə, humanitar yardım çatdırmaq adı ilə şəhərdə qalan insanlar haqqında şəxsi məlumatlar toplayırlar.
"Onlar şəhərdə heç bir əlaqə vasitəsi olmayan izyumlulara bilərəkdən yanlış məlumat verirlər ki, guya dövlət və şəhər rəhbərliyi Kiyev, Xarkov və İzyumu təslim edib və mühasirəyə alınmış şəhərdə olan hər kəsi rus işğalçıları ilə əməkdaşlığa çağırırlar" - o deyib.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, işğalçılar İzyumda yaşayış binasını bombalayıblar. Oradakı zirzəmilərdə 30-dan yuxarı mülki şəxs gizlənirdi. Xilasedicilər davamlı atəşə tutulduğundan insanları oradan çıxara bilmirlər.
Aydın
Qaynarinfo