Xəbər lenti

Jak Şirak vəfat etdi
Dünya10:15 26.09.2019

Jak Şirak vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın sabiq prezidenti Jak Şirak 87 yaşında vəfat edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 
O, iki dəfə prezident, iki dəfə Baş nazir postuna seçilib, 18 il Parisin mayoru vəzifəsində çalışıb. Sabiq ölkə rəhbəri hakimiyyəti illərində yüngül iflic keçirib, uzun illər idi Alzheimer xəstəliyinə bağlı yaddaş itkisindən əziyyət çəkirdi.
J.Şirak 1995-2007-ci illərdə Fransaya rəhbərlik edib. O, 2007-ci ildə prezident İlham Əliyev tərəfindən Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Gülşən