Xəbər lenti

Jan-Pol Belmondo ilə vida mərasimi “Əlillər evi”ndə keçiriləcək
Dünya08:06 07.09.2021

Jan-Pol Belmondo ilə vida mərasimi “Əlillər evi”ndə keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aktyor Jan-Pol Belmondo ilə vida sentyabrın 9-da Parisdəki "Les Invalides”də (Əlillər evi) baş tutacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Parisien” qəzeti Yelisey Sarayına istinadla məlumat yayıb.
Dünya şöhrətli aktyor sentyabrın 6-da 88 yaşında dünyasını dəyişib. Mərhumun kino tarixçəsində "Professional” və "Möhtəşəm” filmləri xüsusi yer tutur.
O, 9 aprel 1933-cü ildə Paris heykəltəraşı Pol Belmondo və rəssam Sara Reyno-Rişarın ailəsində Nyöyi-sür-Sen şəhərində anadan olub. Aktyorluq təhsilini Ali Milli Dram Sənətləri Konservatoriyasında alıb.
Alpər