Xəbər lenti

Jerusalem Post: Rusiyalı miqrantların üçdə biri pasport və pul alıb İsraili tərk etdi
Dünya07:51 30.04.2022

Jerusalem Post: Rusiyalı miqrantların üçdə biri pasport və pul alıb İsraili tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail pasportu alan Rusiya yəhudiləri kütləvi şəkildə Rusiyaya qayıtmağa başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu haqda "The Jerusalem Post” yazıb.
Qəzetin məlumatına görə, son iki ayda İsrailə mühacirət edənlərin təxminən üçdə biri - 1800 nəfər Rusiyaya qayıdıb.
"Onlar İsrail hökuməti tərəfindən maliyyələşdirilən reyslərlə uçudular və içində nağd pul olan zərf aldılar, sonra isə taksiyə minərək otelə getdilər... Otel onlara müxtəlif xidmətlər, o cümlədən sıravi repatriantların hüququ çatmayan bank, sosial və tibbi imtiyazlar təklif edirdi”, – Absorbsiya naziri Pnina Tameno-Sete bildirib. (Repatriant - repatriasiya nəticəsində, yəni vətəndaşlıq hüququ bərpa olunaraq əsirlikdən, mühacirətdən və s.-dən vətənə qayıdan şəxslər. – red.)
O qeyd edib ki, "repatriantların üçdə biri İsrailin xeyirxahlığından istifadə edib, sonra Rusiyaya qayıdır, bu, artıq ciddi problemdir”.
Bu yaxınlarda təxminən 1900 nəfər İsrailə giriş üçün ilkin icazə alıb. Gələndən sonra onların İsraildə qalmaq hüququ yoxlanılır, daha sonra ölkədə qalıb-qalmamaları, yoxsa Rusiyaya qaytarılması haqda qərar verilir.
Alpər