Xəbər lenti

Jirinovski eşşəyini satdı
Dünya13:56 13.03.2013

Jirinovski eşşəyini satdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri Vladimir Jirinovski prezident seçki kampaniyası zamanreklama çəkdiyi eşşəyini satıb. 

Qaynar.info-nun məlumatına görə, Dumada jurnalistlərin suallarını cavablandıran Jirinovski, "Auksion yolu ilə eşşəyimi bir fermerə satdım. Mən eşşəyə bir pulsuz qulluq elədim. Onlar da məni heyvanları sevməməkdə ittiham etdilər. İndi siz ona qulluq edin" deyib. Partiya sədri eşşəyi neçəyə satması haqqında isə məlumat verməyib. 

Qeyd edək ki, sonuncu prezident seçkilərində təbliğat kampaniyası zamanı çəkildiyi reklam rolikində Jirinovski bir eşşəyin üstünə minərək, onu şallaqlaya-şallaqlaya təbliğat aparırdı. 

Onun bu addımı ölkədəki heyvan haqları təşkilatlarının narazılığına səbəb olmuşdu. 

Qaynar.info