"Böyük dövlətlərin başçıları mütləq arvadsız olmalıdırlar”
Region LDPR lideri Vladimir Jirinovski ABŞ prezidenti Barak Obamanı boşanmağa çağırıb. Ans press-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, fraksiya lideri bununla bağlı ABŞ prezidentinə məktub hazırladığını bildirib.
Jirinovskinin fikrinə görə, Obamanın son vaxtlar fəaliyyətinin zəifləməsinə səbəbkar həyat yoldaşıdır: “Obama son vaxtlar çox dəyişib. Yaşlanıb, qırışları artıb. Buna səbəb Mişeldir. Klintonun evini Monika yıxdı, bunun isə öz arvadı. Böyük dövlətlərin başçıları mütləq arvadsız olmalıdırlar”.
Onun sözlərinə görə, həyat yoldaşı dövləti idarə etməyə mane olur: “O, bütün dünyanı idarə edir, onu isə həyat yoldaşı öz axmaq hoqqalarıyla idarə edir. Beşinci ildir, amma Obama dözmədi. Mişel onun axırına çıxdı”.
Jirinovski bildirib ki, Obamaya tezliklə Mişeldən xilas olması üçün məktub göndərəcək: “Qoy Mişel kənarda dursun, Obama isə qalan illərini işləsin. Biz Berluskonini bu qadın çəkişmələrindən xilas etdik, indi də Obamaya kömək etmək lazımdır”.
Jirinovski özü 2013-cü ildə boşanmasını bildirsə də, lakin mətbuat bunun həyat yoldaşının gəlirlərini gizlətmək məqsədilə saxta şəkildə edildiyini ortaya çıxarıb. O, 1996-cı ildə kilsə nigahı ilə evlənib.