Xəbər lenti

Jirinovski yenə sərsəmlədi!
Dünya06:07 14.02.2014

Jirinovski yenə sərsəmlədi!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jirinovskiy Pluşenko haqqında: “Bu, əlillər evi deyil, Olimpiya oyunlarıdır”

Fiqurlu konki sürən rusiyalı idmançı Yevgeni Pluşenko Olimpiyadada solo ifadan imtina edəndən və karyerasını bitirdiyini bildirəndən sonra Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski adəti üzrə açdı ağzını, yumdu gözünü. Rusiya mətbuatının verdiyi məlumata görə, Jirinovski bildirib ki, Pluşenkonu ümumiyyətlə ölkənin Olimpiyada yığmasına daxil etmək lazım deyildi.

“Pluşenkonun bir neçə zədəsi var idi. Beli zədəli idi ki, bununla da nümunəvi yarışlarda iştirak etmək olardı. Amma, böyük gərginlik altında bu zədə özünü mütləq göstərir. Əməliyyatlar, yırtıq olub. Belə insanı olimpiyadada, ölkənin yığmasına buraxmaq olmaz. Daha yaxşı olardı ki, cavan idmançı buraxaq, eybi yoxdu qoy o ikinci yeri tutsun. Əvəzində gələn Olimpiyadada birinci yer tutacaq”,-deyə Jirinovski bildirib.

“Bura əlillər evi deyil,Olimpiyadadı, Burada ən sağlam və ən güclülər iştirak edir. Pluşenko yerini vermək lazımdır. İnsan yarışa çıxır və orqanizmə böyük ağırlıq düşür. Burada heç sağlam adam dözə bilmir, amma o, zədəli beli ilə çıxır”,-deyə partiya lideri əlavə edib.

Xatırladaq ki, Jirinovskiy əvvəldən Pluşenkonun Olimpiyadaya göndərilməsinin əleyhinə idi. // ANS PRESS