Xəbər lenti

Jirinovskidən seks qadağası
Dünya09:02 14.01.2014

Jirinovskidən seks qadağası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2014-cü ilin əvvəlində Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski öz partiya yoldaşlarına cinsi həyatlarını məhdudlaşdırmağı tövsiyə edib.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, o, ildə dörd dəfədən çox olmayaraq sekslə məşğul olmağı təklif edib.

“Yeni ildən cinsəl həyat normalarını tətbiq edirik – üç ayda bir dəfə. İndi sərbəst filmlərin olması ilə gənc insanlarda “nə qədər çox olarsa, o qədər yaxşıdır” normaları peyda olur, əslində isə, nə qədər az olarsa, o qədər yaxşıdır. İldə dörd dəfə kifayətdir” – deyə, LDPR-in rəhbəri Vladimir Jirinovski jurnalistlərə bildirib.
 
Bundan başqa, partiya lideri bildirib ki, 2014-cü ildə LDPR-də vegetarianlıqla bağlı göstərişlər, alkoqol və tütünə qadağa qüvvədə olacaq.

Qaynar.info