Xəbər lenti

Jirinovskini duelə çağıran şaman öldü
Dünya05:43 09.05.2013

Jirinovskini duelə çağıran şaman öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Anton Yudanov qalmaqallı siyasətçini öldürmədən özü dünyasını dəyişdi

Rusiyanın qalmaqallı siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini duela çağıran ictimai xadim, rejissor və aktyor Anton Yudanov vəfat edib. ANS PRESS-in məlumatına görə, Anton Yudanov həm də Rusiyada məhşur şaman kimi tanınırdı.

Xatırladaq ki, 2003-cü ilin dekabr ayında Dövlət Dumasına seçkiqabağı V. Jirinovski teledebatların birinə həmin vaxtlarda "Aqrar partiyası" və Altay respublikasının rəhbəri olan Mixail Lapşinlə çıxış edib. M. Lapşin izləyiciləri salamlayarkən onlara altay dilində müraciət edib. Həmin vaxt Vladimir Jirinovski isə deyib ki, "ona deyin, barbar dili ilə sussun!". Sonra teledebat boyu millətçilik məsələlərinə toxunulmayıb. Lakin baş verən hadisə Anton Yudanova kifayət edib. O, Jirinovskinin onunla yanaşı, bütün altay xalqını da təhqir etdiyini düşünüb. Özünü şaman hesab edən Yudanov Jirinovskini duelə dəvət edib. Onların adətlərinə görə, xalqın təhqir edilməsi ancaq qanla qarşılanmalıdır. Şaman V. Jirinovskiyə hər iki tərəfdən bir şahidin olmasını və ölənə qədər döyüşməyi təklif edib. Duel altay adətlərinə görə bıçaqla olmalı idi. Təklifdən imtina olunacağı təqdirdə isə şaman siyasətçinin kilsəyə çəkiləcəyini və 100 min dollar təzminat ödəyəcəyini bildirmişdi. Amma V. Jirinovski bu təklifə heç bir məhəl qoymayıb.

Anton Yudanov 78 yaşında vəfat edib.

Qaynar.info