Xəbər lenti

Jurnalın İlham Əliyevə həsr olunan buraxılışının təqdimatı keçirilib
Ölkə14:37 26.12.2013

Jurnalın İlham Əliyevə həsr olunan buraxılışının təqdimatı keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda “Şəxsiyyətlər” jurnalının Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin həyatı və fəaliyyəti barəsində qısametrajlı film göstərilib.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxışında deyibmişdir: “İlham Əliyevin siyasəti Azərbaycanı regional dövlətə çevirib”.

O qeyd edib ki, Prezident İlham Əliyev ölkənin inkişafının iqtisadi və siyasi modelini qura bilmişdir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri demişdir: “İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanıb”.

Ramiz Mehdiyev Prezidentin qlobal məsələlərin həllində fəal iştirak etdiyini bildirib, son illər həyata keçirilən enerji layihələrini diqqətə çatdırıb. Administrasiyanın rəhbəri qeyd edib ki, qlobal iqtisadi böhrana baxmayaraq, ölkə əhalisinin rifah halı artmaqda davam edir, Bakının siması dəyişir

Qaynar.info