
Meksikada tanınmış jurnalist ər-arvadın 2 uşağı öldürülüb.
Qaynar.info-nun məlumatına görə, Çihuahua ştatının prokurorluğu 21 yaşlı Devid və 23 yaşlı Alexandro Paramo qardaşlarının maşınla evlərinə getdikləri zaman silahlı şəxslərin hücumuna məruz qaldıqlarını bildirib.
Hər iki gəncin "Azteca" telekanalının iqtisadiyyat müxbiri Devid Paramo və "Peso de Chihuahua" qəzetinin redaktoru Marta Qonzales Nikolsonun övladları olduğu bildirilib.
Hadisənin başvermə səbəbləri məlum deyil.
Qaynar.info