Xəbər lenti

Jurnalistdən Lavrova sual: Taxıldan başqa Ukraynadan daha nə oğurlaya bilmisiniz? (VİDEO)
Dünya13:50 10.06.2022

Jurnalistdən Lavrova sual: Taxıldan başqa Ukraynadan daha nə oğurlaya bilmisiniz? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sergey Lavrov ukraynalı jurnalistin taxıl oğurluğu ittihamı ilə üzləşib.
Qaynarinfo "The Guardian” saytına istinadən xəbər verir ki, bu barədə ukraynalı jurnalist Müslim Umerov Lavrova ünvanladığı sualda soruşub. 
Lavrov Ukraynanın taxıl ixracı üçün təhlükəsizlik dəhlizlərin yaradılmasını müzakirə etmək üçün çərşənbə günü Türkiyədə olub.
XİN rəhbəri və türkiyəli həmkarı Mövlud Çavuşoğlunun mətbuat konfransı başa çatandan sonra ukraynalı jurnalist Müslüm Umerov yerindən qalxaraq Lavrova açıq sual ünvanlayıb. O, Ukraynanın İctimai Televiziyasından olduğunu deyib və sual verəcəyini bildirib. 
"Ukraynadan taxıldan başqa hansı malları oğurlamısınız və onları kimə satmısınız?”, deyə Umerov soruşub. 
"Siz ukraynalılar həmişə nə oğurlaya biləcəyinizi fikirləşirsiniz və hamının belə olduğunu düşünürsünüz. "Bizim oradakı məqsədlərimiz bəllidir, biz insanları neonasist rejiminin təzyiqindən xilas etmək istəyirik. Taxılla işimiz yoxdur. Onun limanları tərk etməsi üçün cənab Zelenski əmr verməlidir, bu qədər”, deyə Lavrov təbəssümlə cavab verib.
Umerov daha sonra mətbuat konfransı zamanı ona sual verməyə imkan verilmədiyini bildirib. Ancaq o, bütün Ukraynanın bu sualı gözlədiyi üçün nəhayətdə sualı səsləndirdiyini deyib.
ABŞ-ın dövlət katibi Entoni Blinken bu həftə Rusiyanın Ukrayna taxılını qazanc məqsədilə satması ilə bağlı "mötəbər hesabatların” olduğunu deyib. 
Ötən həftənin Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Rusiyanı Ukrayna taxılını oğurlamaqda və onu Türkiyə daxil başqa ölkələrə satmaqda ittiham edib. 
Nurlan