
Somalinin paytaxtı Moqadişu şəhərində jurnalistə qarşı terror hadisəsi baş verib.
Avropa.info- nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, jurnalist Yusif Keynanın idarə etdiyi avtomobilə qoyulan partlayıcı maddə jurnalist maşını idarə edən zaman işə düşüb.
Partlayış baş verdikdən dərhal sonra həlak olan jurnalistin cəsədi tanınmaz hala düşüb. Baş vermiş cinayəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Somali hüquq-mühafizə orqanlarının verdiyi xəbər görə, partlayışı son zamanlar Somali ərazisində silsilə terror aktları törədən “Əş Şəbab” qruplaşması törədib.