Xəbər lenti

Jurnalistin işindən apellyasiya şikayəti veriləcək
Ölkə08:20 22.04.2014

Jurnalistin işindən apellyasiya şikayəti veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi Rayon Məhkəməsinin dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirov haqqında qərarından apellyasiya şikayəti veriləcək.

Aprelin 22-də “Media forum” saytına danışan vəkil Fuad Ağayev bildirib ki, məhkəmənin qərarını götürüb: “Artıq apellyasiya şikayəti hazırdır, yaxın zamanda təqdim olunacaq. Şikayətdə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarın ləğv olunmasını və Rauf Mirqədirovun azadlığa buraxılmasını istəmişik”.

“Zerkalo” qəzetinin Türkiyə təmsilçisi olan Rauf Mirqədirov aprelin 19-da Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb. Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Qaynar.info