Xəbər lenti

Jurnalistlər arasında dava düşdü, Trampın mətbuat katibi yaralandı
Dünya10:13 30.06.2019

Jurnalistlər arasında dava düşdü, Trampın mətbuat katibi yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağ Evin yeni təyin olunmuş mətbuat katibi Stefani Qrişam jurnalistlərin davası zamanı xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN jurnalisti Cim Akosta sosial şəbəkə hesabında yazıb.
Prezident Donald Tramp bu gün Koreya yarımadasında hərbsizləşdirilmiş zonada Şimali Koreya lideri Kim Çen Inla görüşüb. Görüşü işıqlandırmağa çalışan amerikalı və Şimali koreyalı jurnalistlər arasında dava olub. Stefani Qrişam bu zaman yüngül xəsarət alıb.
Gülşən