Xəbər lenti

Jurnalistlərin avtobusuna hücum edildi - VİDEO
İdman11:00 10.08.2016

Jurnalistlərin avtobusuna hücum edildi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Olimpiya oyunlarının keçirildiyi Braziliyanın Rio-de-Janeyro şəhərində jurnalistləri daşıyan avtobusa hücum edilib.

Qaynarinfo.Az xəbər verir ki, silahlı hücum zamanı basketbol matçından qayıdan 3 jurnalist və Kaan Korkmaz adında 1 türk könüllü yaralanıb.

Yaralıların yüngül xəsarət aldıqlarını qeyd edək. Ancaq hücumun silahla, yoxsa daşla edildiyi bilinmir. Lakin ABŞ-dan olan jurnalist Şerril Mayklsonun sözlərinə görə, bu, tapançadan atılmış güllə olub.

Olimpiadanın mətbuat xidməti Mario Andrade isə bu hadisə ilə bağlı bunları deyib: "Avtobusa necə hücum edildiyi məlum deyil. Bu hücumun silahlamı, yoxsa daşla edildiyini bilmirik. Jurnalist dostlarımız yaralanıb və avtobusun 2 pəncərəsi sınıb".

Həmin vaxt avtobusda olan digər jurnalist Deyvid Deyvis isə "Nə olduğunu başa düşə bilmədik. Birdən avtobusun 2 pəncərəsi qırıldı. Çox qorxduq və nə olduğunu anlamağa çalışdıq. Polislər gəldi və onların mühafizəsi ilə hadisə yerindən çıxdıq".

Qaynarinfo.Az